İpoteka ilə bağlı yeni xəbər

ipoteka-ile-bagli-yeni-xeber
Oxunma sayı: 644

Babayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında gənclərin mənzil ipotekası ilə təminatı üçün səsləndirdiyi fikirlərə müvafiq olaraq Gənclər və İdman Nazirliyi və Azərbaycan İpoteka Fondu tərəfindən bundan əvvəl hazırlanmış sənədə yenidən baxılır.

Nazir müavinin sözlərinə görə, sosial ipotekaya ayrılan vəsaitin miqdarının təsiredici şəkildə artırılması, həmçinin sosial ipotekanın alınma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmə tətbiq edilməsi nəzərdə tutulur:

"Təkliflər paketində gənc ailə ilə yanaşı olaraq, subay gənclər də nəzərdə tutulur. Amma ki, gənc dedikdə yaş senzi 29-a qədərdir, 35 yaş gənc ailəyə şamil edilən rəqəmdir".