“Qafqazinfo”ya daxil olan başsağlığı məktubunu təqdim edirik: “ İyulun 20-də Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda törədilmiş terror hadisəsindən son dərəcə hiddətlənir ,qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
Son xəbərlər
Son Xəbərlər