İqbal Ağazadə başsağlığı verdi

iqbal-agazade-bassagligi-verdi
Oxunma sayı: 1594

Ümid Partiyasının sədri İqbal Ağazadə dünən Pakistanın şərqində yerləşən Lahor şəhərində dəhşətli terror hadisəsi zamanı həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı verib.

"Qafqazinfo" xəbər verir ki, başsağlığında deyilir:

“Martın 27-də Pakistanın Lahor şəhərində törədilmiş qanlı terror hadisəsindən hiddətlənir, baş vermiş hadisəni qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, beynəlxalq ictimaiyyəti terrorla mübarizədə daha qətiyyətli olmağa çağırırıq".