“Qafqazinfo” ya daxil olan təbrik məktubunu təqdim edirik:
“Hörmətli Sərdar bəy!
Sizi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Siz Azərbaycanın dəyərli insanlarından birisiniz. Azərbaycan Milli Azadlıq hərəkatının öncülərindən olmusunuz və ömrünüzün böyük hissəsini Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, demokratikləşməsi uğrunda mübarizəyə həsr etmisiniz. Bu gün də ölkəmizin demokrtikləşməsi, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda prinsipial və ardıcıl mübarizənizi davam etdirirsiniz. Özünə, ailə üzvlərinə, yaxınlarına olan təzyiqlər, məhbəs həyatı belə Sizi müqəddəs bildiyiniz, uğrunda mübarizə apardığınız yoldan çəkindirə bilməyib. Siz hər zaman ən çətin siyasi situasiyalarda belə düzgün qərarlar verməyi, bir çoxlarına nümunə olmağı bacarmışınız. Keçdiyiniz şərəfli həyat yolu Sizin milli və dövlət maraqlarını daim hər şeydən üstün tutduğunuzu əyani surətdə təsdiqləyir. Bir daha Sizi doğum günü münasibəti ilə təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycanın demokratikləşməsi naminə apardığı yorulmaz mübarizədə uğurlar arzulayıram”.