İqbal Ağazadə daha bir izdihamlı görüş keçirdi - Fotolar

iqbal-agazade-daha-bir-izdihamli-gorus-kecirdi
Oxunma sayı: 1711

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə İnqilab İsmayılov küçəsinin sakinləri ilə növbəti dəfə görüşüb. 

"Qafqazinfo"nun məlumatına görə, İ.Ağazadə bildirib ki, bu küçədə hansı problemlər var, mən yaxşı bilirəm və hər birinin həll olunması mütləqdir.

İ. Ağazadə qeyd edib ki, bizi təkcə öz ərazimiz yox, bütün ölkənin problemləri maraqlandırır. Bizim borcumuzdur ki, bu məsələlərin həlli üçün əlimizdən gələni edək.

Görüş zamanı seçicilərdən bir neçəsi çıxış edib. Çıxış edən seçicilər İ.Ağazadəyə söz veriblər ki, seçkidə mütləq iştirak edəcəklər və məhz ona səs verəcəklər.

Qeyd edək ki, bu görüş də öncəki görüşlər kimi izdihamlı olub.