İqbal Ağazadə digər namizədlərə səsləndi - Fotolar

iqbal-agazade-diger-namizedlere-seslendi
Oxunma sayı: 2360

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin Mehmandarov küçəsinin sakinləri ilə görüşündə növbəti dəfə izdiham yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, çıxış edən İ.Ağazadə sözügedən dairənin digər namizədlərinə səslənib: "Sizlər bu gün bu küçələrin ən xırda problemlərini belə deyə bilmirsinizsə, sabah parlamentdə necə dilə gətirəcəksiniz? Sizin buna cəsarətiniz olacaqmı? Niyə bu insanları aldadırsınız? Bu seçicilər kimə səs verəcəklərini yaxşı bilir və siz narahat olmayın".

İ.Ağazadə çıxışında məhəlli və ölkə problemlərindən danışıb, onların həlli yollarını dilə gətirib. O,bildirib ki, pensiya yaşı aşağı salınmalı, təqaüdlər artırılmalı, uşaq pulu bərpa edilməlidir.

Sonda İ.Ağazadə seçiciləri dinləyərək onların suallarına cavab verib və hər bir seçiciyə bu soyuq havada onunla görüşə gəldiyi üçün təşəkkürünü bildirib.

Seçicilər bir nəfər kimi bildiriblər ki, seçkiyə qatılacaq və İ.Ağazadəyə səs verəcəklər.