Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya sədrinin İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlının da iştirak etdiyi görüşdə Avropadakı soydaşlarımızın diaspora fəaliyyətləri haqda düşüncələrini bölüşən İqbal Ağazadə son günlər Abdulla Əmir Haşiminin başçılıq etdiyi digər qurum olan “İsveç Qarabağ Cəmiyyətinin“ Azərbaycan adına həyata keçirdiyi görüş və tədbirlərə görə təşəkkürünü bildirib, dövlətçiliyimiz yolundakı çalışmalarında istər Güney Azərbaycan Konqresinə, istərsə də Qarabağ Cəmiyyətinə uğurlar diləyib. Səmimi keçən görüşdə Güney Azərbaycan məsələsinə diqqət və həssaslığına görə Ümid Partiyasına və İqbal Ağazadəyə təşəkkürünü bildirən Abdulla Əmir Haşimi Cavanşir görüşün sonunda qarşıdakı parlament seçkilərində Ümid Partiyasına da uğurlar diləyib.
Son xəbərlər
Son Xəbərlər