“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Güney Azərbaycandakı son durum və soydaşlarımızın haqqları uğrunda xaricdə görülməli olan işlər haqda geniş müzakirə aparılıb. İsveçdə yaşayan soydaşımız İqbal Ağazadəni və Ümid Partiyası üzvlərini Yeni İl münasibətilə təbrik edərək Partiyanın Güney davasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ümid sədri də haqlı mübarizədə hər zaman Güneyli soydaşlarlmızın yanında olacağımızı bəyan edib. Görüşdə Ümid Partiyası sədrinin İctimaiyyətlə Əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Rüfət Muradlı da iştirak edib.
Son xəbərlər
Son Xəbərlər