İqbal Ağazadə mükafat aldı

iqbal-agazade-mukafat-aldi
Oxunma sayı: 1164

Mayın 22-də Stokholmda Güney Azərbaycan Konqresinin təşkilatçılığı, habelə Odlar Yurdu dərnəyi və milli fəal Rza Qaraçayın əməkdaşlığı ilə 22 May Güney Azərbaycanda Oyanış Hərəkatının başlanması və 28 May Cumhuriyyət Günümüz münasibətilə start götürən "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi sona çatıb.

Tədbirdə elan olunub ki, ictimai-siyasi, elmi və incəsənət fəaliyyətlərində Güney Azərbaycan məsələsini hər zaman diqqətdə saxladığına və Güneydəki soydaşlarının haqlı mübarizəsinə daim dəstək olduqlarına görə Güney Azərbaycan Konqresinin 22 may (1 xordad) tarixli qərarı ilə İqbal Ağazadə, Zəlimxan Məmmədli, Rüfət Muradlı, Yasəmən Qaraqoyunlu, Solmaz Kosayeva və AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları Seyid Cəfər Pişevəri mükafatına layiq görülüblər.

"Oyanışdan Qurtuluşa" adlı həftə çərçivəsində Güney Azərbaycandakı son durum, milli haqlar uğrunda soydaşlarımızın mübarizəsi, habelə Quzey Azərbaycanın İstiqlala qovuşmasından sonra üzləşdiyi sorunlar, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İsveç Parlamentinin deputatları ilə görüşlər həyata keçirilib.