İqbal Ağazadə “Naximov”da daha bir izdihamlı görüş keçirdi - Fotolar

iqbal-agazade-naximovda-daha-bir-izdihamli-gorus-kecirdi
Oxunma sayı: 2377

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə bir daha Naximov küçəsindəki seçicilərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, yüzlərlə seçicinin qatıldığı görüşdə çıxış edən İ. Ağazadə ölkə və məhəlli problemlərdən danışaraq hər bir məsələnin həll olunmasının vacibliyini vurğulayıb:

"Biz istəyirik ki, Azərbaycan insanı normal yaşasın, soyuducusunu açanda utanmasın, övladını məktəbə ürəklə yola salsın, xəstələnməsin, xəstələndiyi halda ödənişsiz müayinə oluna bilsin".

İ. Ağazadə daha sonra seçicilərin suallarını cavablandırıb. Seçicilər çıxış edərək bildiriblər ki, mütləq seçkiyə gəlib ona səs verəcəklər.