İqbal Ağazadə özünə müavin təyin etdi

iqbal-agazade-ozune-muavin-teyin-etdi
Oxunma sayı: 1359


Ənvər Ağazadə Sərdar oğlu  Yardımlı rayon, Zəngələ kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1995-ci ildən ictimai-siyasi fəaliyyətə başlayıb. 1995-1997-ci illər  “Demokratik Tələbə Gənclər Təşkilatı” idarə heyətinin üzvü, 1997-ci ildən 2002 –ci ilə dək “Jurlalistlərin Həmkarlar Təşkilatının” təsisçisi və sədr müavini olub. 1997-2001-ci illərdə

“Bu gün” qəzetinin siyasət şöbəsində  müxbir işləyib. 2001-ci ildə Ümid Partiyası Mətbuat Xidmətinin rəhbəri təyin edilib, bir il sonra Ümid Partiyası sədrinin mətbuat məsələləri üzrə müavini, 2006-2009-cu illərdə  Ümid Partiyası sədrinin İdeoloji-Təbliğat məsələləri üzrə müavini vəzifəsini daşıyıb. 2009- çu ildən  etibarən  Ümid Partiyası Ali Məclisinin sədri olub.

Xatırladaq ki, partiya sədrinin  iyunun 4-də imzaladığı sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.