"Qafqazinfo" xəbər verir ki, o qeyd edib ki, təəssüflər olsun ki, nə beynəlxalq təşkilatların, nə də aparılan danışıqlarda Azərbaycan qaçqın və məcburi köçkünlərin hüquqi statusunu dəyişən, onların doğma yurd-yuvalarına qayıtması üçün bir addım atılıb:
“Baxmayaraq ki, BMT-nin qətnamələri var. Avropa Şurasının və Avropa Birliyinin bununla bağlı qərarları var və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bununla bağlı ciddi addım atmayıblar, yanaşmalarında qüsurlu siyasət davam edir. Təklif edirəm ki, bununla bağlı Milli Məclis beynəlxalq təşkilatlara bir daha müraciət etsinlər. Bu gün İraqda yaşayan vətəndaşlarımızın da vəziyyəti yaxşı deyil. Hesab edirəm ki bununla bağlı Milli Məclis yenidən beynəlxalq təşkilatlara müraciət ünvanlansın. İkinci məsələ ilə bağlı onu deyim ki, Azərbaycan bu gün geopolitik baxımdan ölkələri cəlb edir. Rusiya, ABŞ-ın, İranın, Avropa ölkələrinin də diqqətini çəkir. Təəssüflər olsun ki, İrandan və Rusiyadan gələn ritorika Azərbaycan üçün, ictimaiyyət üçün hətta təəssüflər olsun ki, Azərbaycanın daxilində buna ilımlı münasibət bəsləyən var”.
Oqtay Əsədov isə millət vəkilinin çıxışını yarımçıq kəsərək bildirib ki, şimaldan və cənubdan ritorik təsirlər olur:
“Amma mən bu yaxınlara kimi Rusiyada idim. Velə təsirlər görmürəm. Xahiş edirəm, çıxışlarınızda diqqətli olun”.
Son xəbərlər
Son Xəbərlər