İqbal Ağazadənin Gəncə prospektində növbəti görüşü - Fotolar

iqbal-agazadenin-gence-prospektinde-novbeti-gorusu
Oxunma sayı: 1944

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü bu dəfə də Gəncə Prospektinin sakinləri ilə keçirib.

“Qafqazinfo”nun məlumatına görə, ilk növbədə, 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yüzlərlə insanın qarşısında çıxış edən namizəd məhəlli və ümumrespublika problemlərindən danışıb, onların həll yollarını dilə gətirib.​

İ.Ağazadə sakinləri bir-bir dinləyib, onların suallarını cavablandırıb. Sakinlər isə onu dəstəklədiklərini bildirərək seçkidə mütləq iştirak edəcəklərini qeyd ediblər.