İqbal Ağazadənin Seçki Qərargahı bu gün Ağdaşın Ərəbocağı kəndində təbliğat kampaniyasını davam etdirib.
“Qafqazinfo” xəbər verir ki, sakinləri ilə görüşən qərargah üzvlərimiz seçicilərə materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.
Sakinlər Ərəbocağı kəndində və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. İqbal Ağazadənin təbliğat materiallarında yazdığı şəxsi telefonuna artıq gün ərzində yüzlərlə seçici tərəfindən zənglər gəlir.
İ.Ağazadənin təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.




Son xəbərlər
Son Xəbərlər