İqbal Ağazadənin kitabxanadakı görüşündə yenə izdiham yaşandı - Fotolar

iqbal-agazadenin-kitabxanadaki-gorusunde-yene-izdiham-yasandi
Oxunma sayı: 1631

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Sabir adına kütləvi kitabxanada seçicilərlə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, İqbal Ağazadənin təşviqat mərhələsində  seçicilərlə son görüşü Milli qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyi üçün, onun xatirəsinə sayğı duruşu, eləcə də şəhidimizin ruhuna alqışlarla başlanıb.
Görüş zamanı yenə izdiham yaşanıb, yüzlərlə insan içəri daxil ola bilməyib.

Çıxış edən İ. Ağazadə bu şəkildə coşğu ilə onun görüşünə gələn hər kəsə təşəkkürünü bildirib. 
Görüşdə Qarabağ qazisi İ.Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, parlamentdə təmsil olunandan sonra bütün bu məsələləri Milli Məclisdə qaldıracağını dilə gətirib.

Görüşə qatılan bütün seçicilər bir nəfər kimi İ. Ağazadəni əmin ediblər ki, seçkidə iştirak edəcək və məhz ona səs verəcəklər.