90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə məlumat verib.
Ə.Ağazadə deyib ki, mayın 14-də İqbal Ağazadənin imza vərəqələri DSK-ya təqdim edilmişdi. Seçki Məcəlləsində namizədliyin qeydə alınması üçün 450 nəfərin imza etməsi nəzərdə tutulub. İqbal Ağazadənin namizədliyinin qeydə alınması üçün 90 saylı Ağdaş Seçki dairəsinin hüdudları daxilində 550 nəfər seçici öz imzasını vermişdi. Bu gün DSK 550 imzadan 530-nu etibarlı hesab edərək Partiya sədrinin namizədliyini qeydə alıb.
Son xəbərlər
Son Xəbərlər