İqbal Ağazadənin seçki kampaniyasından xəbər

iqbal-agazadenin-secki-kampaniyasindan-xeber
Oxunma sayı: 1943

90 sayİı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin Seçki Qərargahı qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir.

Qafqazinfo”ya daxil olan məlumata görə, hər gün yüzlərlə seçici mobil telefon vasitəsi ilə İ.Ağazadə ilə əlaqə saxlayır. Seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər.

Kampaniya çərçivəsində növbəti ünvan Ağdaş rayonunun Mürsəlli,Yuxarı Ağcayazı, Aşağı Ağcayazı və Dəhnəxəlil kəndləri olub. Sakinlərlə görüşən qərargah üzvləri seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar veriblər.