“Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə 50 min manatdan çox pul “atmaqda” ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, S. Tağıyevin növbəti cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Rahib Salmanovun sədrliyi ilə keçiriləcək. İlkin hazırlıq iclası fevralın 18-də olacaq.
S. Tağıyev daha öncə də müxtəlif şəxslərə qarşı dələduzluq edib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin apellyasiya instansiyası ona şərti cəza verərək azadlığa buraxıb.
İ. Ağazadə rəsmi olaraq zərərçəkmiş kimi tanınsa da, “Qafqazinfo”ya açıqlamasında bu məhkəmənin ona aidiyyatı olmadığını və proseslərə getməyəcəyini bildirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər