İqlesias övladına mövcud olmayan rus adı qoydu - Fotolar

iqlesias-ovladina-movcud-olmayan-rus-adi-qoydu
Oxunma sayı: 5251

Dünyaca məşhur ispaniyalı müğənni Enrike İqlesias yeni doğulmuş qızına mövcud olmayan rus adı qoyub.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Lenta.ru”ya müsahibəsində bunları deyib:

“Bizim qızımız üçün Maşa (Mariya yox - red.) adını Anna seçib, o, mənim çox xoşuma gəlir. Annanın köməkliyi ilə mən rus dilini öyrənirəm və artıq bir az fikrimi izah edə bilirəm. Evdə biz üç dilin qarışığında danışırıq: ispan, rus və ingilis. Ümid edirəm, bizim uşaqlarımız hər üç dildə sərbəst danışacaqlar və müxtəlif mədəniyyətlərlə tanışlıq imkanı əldə edəcəklər”.  

E.İqlesiasın sözlərinə görə, cütlük üçüncü övladı əvvəlcədən planlaşdırmayıb: “Əkizlər dünyaya gələndən sonra biz Anna ilə qərara gəldik ki, bizim yenə övladlarımız olmalıdır, amma bunun baş verəcəyi vaxtı qəsdən planlaşdırmamışdıq. Hər şey öz-özünə alındı, amma mən tamamilə xoşbəxtəm”.

Qeyd edək ki, rusiyalı tennisçi Anna Kurnikova və Enrike İqlesiasın qızı yanvarın 30-da anadan olub. Bu, cütlüyün üçüncü övladıdır. 2017-ci ilin sonunda onların Nikolas və Lüsi adlı əkizləri dünyaya gəlib.

Xatırladaq ki, 44 yaşlı İqlesias və 38 yaşlı Kurnikova hələ 2001-ci ildə görüşməyə başlayıblar. Onlar artistin klip çəkilişlərinin birində tanış olublar.