Rusiyanın Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatyev koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, İqnatyev xəstəxanada vəfat edib. Məlumat rəsmi təsdiq olunmayıb.
Qeyd edək ki, Çuvaşiyaya 9 il rəhbərlik edən İqnatyev mayın 7-də Sankt-Peterburqda hər iki ağciyərin sətəlcəmi diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. KİV-də yayılan məlumata əsasən, o, vəziyyəti ağırlaşdığından süni qan dövranı cihazına qoşulmuşdu.
***
Çuvaşiya rəhbərinin səlahiyyətlərini icra edən Oleq Nikolayev Mixail İqnatyevin öldüyünü "RİA Novosti"yə təsdiqləyib:
"Mənim rəsmi mənbələr vasitəsilə təsdiq olunmuş məlumatım var ki, İqnatyev dünyasını dəyişib".
Son xəbərlər
Son Xəbərlər