İqor Babuşkin Azərbaycan İş Mərkəzində - Foto

iqor-babuskin-azerbaycan-is-merkezinde
Oxunma sayı: 1294

Dekabrın 6-da Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkin ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tam rekonstruksiya olunmuş Həştərxan şəhərindəki 11 saylı məktəbə baş çəkib. 

“Qafqazinfo” xəbər verir ki, təhsil müəssisəsinin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Qubernator məktəblə tanış olub, müəllim və şagirdlərlə görüş keçirib.

Sonra İ.Babuşkin 2018-ci ildə istifadəyə verilmiş Azərbaycan İş Mərkəzində olub, fəaliyyəti ilə tanış olaraq Mərkəzə baxış keçirib. Baxış zamanı mərkəzin konfrans zalında keçirilən toplantıya qatılaraq Azərbaycan və Həştərxan vilayəti arasındakı dostluq və əməkdaşlıq məsələlərinə dair fikirlərini bildirib.