İqor Dodona 30 sutka ev dustaqlığı cəzası verildi - Video+Yenilənib

iqor-dodona-30-sutka-ev-dustaqligi-cezasi-verildi
Oxunma sayı: 2953

Moldovanın keçmiş Prezidenti İqor Dodon məhkəməyə aparılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, məhkəmədə Dodonun 30 sutka müddətinə həbs edilməsi ilə bağlı prokurorların vəsatətinə baxılacaq.

Xatırladaq ki, İqor Dodon mayın 24-ü ölkənin Cinayət Məcəlləsinin 4 maddəsi əsasında başladılan cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb. Sabiq Prezidentin və qohumlarının evində axtarışlar aparılıb. Dodon korrupsiya və dövlətə xəyanətdə ittiham olunur.

***

Kişinyov məhkəməsi Moldovanın keçmiş prezidenti İqor Dodonun otuz sutkalıq ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.

Dodon özü hesab edir ki, onun işini araşdıran 53 prokuror ABŞ səfirliyinin nəzarəti altındadır. Onun sözlərinə görə, bütün bunlar respublikanın hazırkı prezidenti Maya Sandunun göstərişi ilə baş verir.
“Bura NATO-nu çağıranlardan vətənə xəyanət etdiyimi eşitmək alçaldıcıdır”.