İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

iqor-dodonun-ev-dustaqliginin-muddeti-uzadildi
Oxunma sayı: 1000

Moldovanın sabiq Prezidenti İqor Dodonun ev dustaqlığının müddəti daha 30 gün uzadılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.

Qeyd edək ki, Dodon korrupsiyada və dövlətə xəyanətdə ittiham edilir. Onu 20 ilə qədər həbs gözləyir.

Keçmiş Prezident məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.