“Qafqazinfo” xəbər verir ki, həmin çıxışın yenidən gündəmə gəlməsinə səbəb isə Davudoğlunun “iyunun 8-i iqtidar ola bilməsək istefa edəcəm” deyə verdiyi açıqlaması olub.
Son hesablamaya görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,85% səs qazanaraq böyük ehtimalla tək başına iqtidar ola bilməyəcək.
Davudoğlu Hatay mitinqində, həmçinin İngiltərədə keçirilən seçkiləri və uduzan müxalifət liderlərinin istefa verdiklərini xatırladıb və iyunun 7-si az səs toplayacaq liderləri istefaya çağırmışdı:
“Dəmirtaş, Kılıçdaroğlu, Baxçalı, mən hazıram. Mümkün deyil, amma seçimi uduzsaq səhərisi gün istefa edəcəm. Siz öz kreslolarını buraxmağa hazırsınız? Hataylılar şahid olsun. Bütün millətimin hüzurunda meydan oxuyuram. 8 iyulun səhərisi, əgər AK partiyası iqtidarını davam etdirə bilməzsə, ən böyük partiya olaraq seçimi qazana bilməzsə mən 8 iyulda istefa edəcəm”.
Son xəbərlər
Son Xəbərlər