İqtidaryönlü partiya bəyanat verdi

iqtidaryonlu-partiya-beyanat-verdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, bir neçə şəhid ailəsi və Türkiyəli jurnalistlər iştirak edib. Tədbirdə çıxış edən ASRP sədri Xanhüseyn Kazımlı Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan danışıb. Partiya sədri çıxışında vurğulayıb ki, dünya ictimaiyyətinin Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzünə biganə yanaşır: “BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi onu göstərir ki, dünya ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımlara, biganə yanaşır”. Dəyirmi masanın digər iştirakçıları da mövzu ilə bağlı fikirlərini səsləndirib, onun aktuallığını vurğulayıblar.

Tədbirin sonunda dəyirmi masanın birgə bəyanatı qəbul olundu. Bəyanatda beynəlxalq təşkilatlar BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üzrə ciddi tədbirlər görməyə çağırılıb.

Fatimə Kərimli