İqtisad Universitetində yanğın - Yenilənib

iqtisad-universitetinde-yangin
Oxunma sayı: 3375

Azərbaycan Dövlət İqtisad Universitetində yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki,bu gün səhər saatlarında ADİU-nun binasının 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

***

Azərbaycan Dövlət İqtisad Universitetindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.