İqtisadçı Nauseda Litva prezidenti seçildi

iqtisadci-nauseda-litva-prezidenti-secildi
Oxunma sayı: 809

Mayın 26-da Litvada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil iqtisadçı Qitanas Nauseda 70,64 faiz səslə qələbə qazanıb.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, onun rəqibi, keçmiş maliyyə naziri İnqrida Şimonite 27,95 faiz səslə seçkiləri uduzub. 

Prezidentlik səlahiyyəti bitən Dalya Qribauskayte 55 yaşlı Nausedanı telefon vasitəsilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.