"Qafqazinfo" həmin açıqlaamnı təqdim edir:
"Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə nəhayət ki, yaşıl işıq yandırıldı. Çox müsbət addımdır. Amma bu məsələdə diqqətimi çəkən bir neçə məqam var.
Əvvəla, uzun illərdir məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkəbdi, qanun olmalıdı, problemin həllilə bağlı mexanizmlər tapılmalıdır və s. İndi məlum oldu ki, az qala Marsa uçmaq qədər qəlizləşdirilən bu problemin bir fərmanlıq canı varmış.
İkinci, bu qərar çox aydın surətdə ortaya qoydu ki, Qarabağ problemi istisna olmaqla yerdə qalan istənilən problemin həlli bir fərmana, göstərişə, qanuna bağlıdır.
Üçüncü, bir daha aydın oldu ki, bu ölkədə cəmi bircə idarəetmə institutu - Prezident institutu işlək vəziyyətdədir.
Nəhayət, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, "centlmen sövdələşmələrlə" fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək. Müstəqil QHT-lərin axırına çıxmasaydılar, hətta indi ictimai nəzarət üçün jurnalistlərlə birgə qrup da yaratmaq olardı.
Sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdür. Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta "uçastkovı" belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlrin satşını demək olar ki, mümkünsüz etmişdi".
Son xəbərlər
Son Xəbərlər