“Qafqazinfo” itar-tass-a istinadən xəbər verir ki, 91 yaşlı siyasi liderlə vida mərasimi martın 25-dən 28-ə kimi parlament binasında keçiriləcək.
“Sinqapur xalqının atası” kimi tanınan Li Kuan Yu 1959-cu ildə Sinqapurun müstəqilliyini elan etdikdən sonra onun ilk baş naziri olub və 31 il bu vəzifəni icra edib. O, Sinqapuru “üçüncü dünya” ölkəsindən dünyanın maliyyə mərkəzlərindən birinə çevirə bilib.
Qeyd edək ki, onun oğlu, hazırda ölkənin baş nazir olan Li Syan Lun ümummilli matəm elan edib. Matəm günləri martın 23-dən 29-na kimi davam edəcək.
Son xəbərlər
Son Xəbərlər