İqtisadi Şuranın növbədənkənar iclası keçirildi

iqtisadi-suranin-novbedenkenar-iclasi-kecirildi
Oxunma sayı: 2075

Bu gün Azərbaycan İqtisadi Şurasının növbədənkənar iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.