İqtisadiyyat elmləri üzrə Nobel mükafatının qalibləri bəlli olub.
“Qafqazinfo” Nobel Komitəsinə istinadən xəbər verir ki, Daron Acemoglu, Saymon Conson və Ceyms A.Robinson 2024-cü ilin laureatları elan edilib.
Qeyd edək ki, onlar bu mükafata ictimai institutların necə formalaşması və onların rifaha necə təsir etməsi ilə bağlı apardıqları araşdırmalara görə layiq görülüblər.