İradə Aşumovanın oğlu qızıl medal qazandı - Foto

İradə Aşumovanın oğlu qızıl medal qazandı
Oxunma sayı: 2103

Atıcılıq üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub.

 “Qafqazinfo” xəbər verir ki, idmançımız Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri turnirində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında qızıl medal qazanıb.

Qeyd edək ki, Ruslan Lunyov 2004-cü ildə baş tutan Afina Olimpiadasının bürünc medal qazanan atıcı İradə Aşumovanın oğludur. Aşumova eyni zamanda, Azərbaycanı 1996, 2000, 2004 və 2012-ci illərdə Olimpiya Oyunlarında təmsil edib. Oğlu R. Lunyov isə Azərbaycanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.