İradə Gülməmmədova daha bir görüş keçirdi - Fotolar

irade-gulmemmedova-daha-bir-gorus-kecirdi
Oxunma sayı: 1189

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. 

“Qafqazinfo”nun məlumatına görə, Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb. 

Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.

Qəbulda bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.