İradə Gülməmmədova Dünya Kubokunun qalibi ilə görüşdü - Foto

irade-gulmemmedova-dunya-kubokunun-qalibi-ile-gorusdu
Oxunma sayı: 2040

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ukraynanın Koblevo şəhərində keçirilən Universal döyüş növü üzrə Dünya Kubokunun birincisi, 11 yaşlı Səma Abbasova ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İdman Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev, təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və KİV nümayəndələri iştirak edib.

Abşeronlu yeniyetməni əldə etdiyi böyük nailiyyətə görə təbrik edən başçı S.Abbasovanın belə mötəbər yarışda qələbə qazanmasının ölkə idmanı adına əhəmiyyətini vurğulayıb. 

Xanım başçı həmçinin Səmanın xarici dili öyrənməsi üçün fərdi qaydada hazırlıq görməsi istiqamətində lazimi tapşırıqlar verib.

İdmançımızın anası Elnarə Nəsirova da qızının artıq 3 ildir ki, idmanın Universal döyüş növü üzrə ciddi şəkildə məğul olduğunu, gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi qarşısına əsas məqsəd qoyduğunu qeyd edib. 

Sonda İ.Gülməmmədova idmançımıza əldə etdiyi uğurlara görə Fəxri Fərman və pul mükafatı təqdim edib.