İradə Gülməmmədova Novxanı sakinləri ilə görüşdü - Fotolar

irade-gulmemmedova-novxani-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1899

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Novxanı kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə İradə Gülməmmədova Novxanı kəndinin Məmməd Əmin Rəsulzadə küçəsində olub, görülən işlərlə maraqlanıb. 

Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev görülən işlər barədə məlumat verərək bildirib ki, Novxanı kəndinin Məmməd Əmin Rəsulzadə küçəsi əsaslı şəkildə yenidən qurulur, 5 küçəyə qrabil tökülərək yayılıb. Qeyd olunub ki, uzunluğu 1800 metr, eni isə 8-10 metr olan küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır.

Novxanı bələdiyyəsinin inzibati binasında baş tutan görüşdə çıxış edən İ.Gülməmmədova kəndin yeni salınan məhəllələrin lazımi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını və bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini qeyd edib.  

Şahin Tağıyev və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Süleymanov hesabat xarakterli çıxış edərək görülən işlər, həyata keçirilən abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Kənd sakinləri tərəfindən səsləndirilən müraciətlər əsasən sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub. Bu məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.