İradə Gülməmmədova səyyar qəbul keçirdi

irade-gulmemmedova-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1731

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi Masazır kəndində də mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini vurğulayan İ.Gülməmmədova ötən müddət ərzində bir çox işlərin görüldüyünü, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. 

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.