“Qafqazinfo”nun məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında İbrahimlinin öz sənət yolu olduğunu deyib:
“Günay çox yaxşı qızdır, gözəl səsi var. Bəzi oxşarlıqlar ola bilər, biz də sənətə gələndə kiməsə özümüzü bənzətmişik, daha sonra isə yolumuzu tapmışıq. Günay öz yolunu tapıb, sevənləri var. Günayı əvvəl tanımırdım. Bakıya gələndən sonra tanış oluq. Günay “İnstagram”da bir fotosunu paylaşmışdı və yazmışdı ki, İradə burada sənə oxşayıram. O zaman əsəbləşmişdim ki, “sənə” nə deməkdir, bizim tanışlığımız yoxdur. Tanımadığın insana, özündən böyüyə “siz” deməlisən. Mən də yazdım ki, siz məndən də gözəlsiniz. Verilişdə rastlaşanda isə bu söz –söhbətlər haqda danışmadıq”.
İbrahimova “İradə getdi, yerinə Günay gəldi” fikirlərinə də aydınlıq gətirib:
“Bir müğənninin adınını yanında başqa müğənninin adının çəkilməyi yaxşı hal deyil. Çünki o müğənninin ifasında digərinin ifa tərzi, geyimi axtarılır”.
Könül
Son xəbərlər
Son Xəbərlər