Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
“İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb.
İradio “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberg”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişlərini siz gənclərə təqdim edəcək.
“İradio”nun ilk qonaqları Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov olub.
“İradio”nun açılış mərasimində İrəli İctimai Birliyi tərəfindən keçirilən dil kurslarının tələbələrinə də sertifikat və hədiyyələr verildi.
Qeyd edək ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. “İradio”-da işləmək üçün seçilən gənclərə mütəxəssizlər tərəfindən təlimlər keçirilib.
Eyni zamanda www.iradio.az saytıda gənclərə təqdim olunub. İradionun yayımlanma vaxtı: həftənin 7 günü, 24 saatdır.
Son xəbərlər
Son Xəbərlər