İran 5 ABŞ vətəndaşını sərbəst buraxdı

iran-5-abs-vetendasini-serbest-buraxdi
Oxunma sayı: 1380

Qətər Xarici İşlər Nazirliyi Vaşinqton və Tehran arasında vasitəçilik razılaşmasının həyata keçirilməyə başladığını və bu çərçivədə İranın 5 amerikalını azad etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyində məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xəlifi ABŞ-İran məhbusların qarşılıqlı mübadiləsinə dair razılaşmanın icrasının həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, İran həbsxanalarında olan 5 ABŞ vətəndaşı ABŞ-də saxlanılan bəzi iranlılar müqabilində sərbəst buraxıldıqdan sonra Doha Beynəlxalq Hava Limanına yola düşüblər. Buna baxmayaraq, Xəlifi ABŞ-nin azad etdiyi iranlıların sayı ilə bağlı məlumat verməyib.