İran 80 nəfərin öldüyünü deyirdi... - Sayları açıqlandı

iran-80-neferin-olduyunu-deyirdi
Oxunma sayı: 7337

Yanvarın 8-də İranın İraqda ABŞ hərbi bazalarına raket zərbələri endirməsi nəticəsində 11 amerikalı hərbçi xəsarət alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Defence One” nəşri amerikalı hərbi mənbələrə istinadən məlumat yayıb. 

Hərbçilər bu həftə Küveyt və Almaniyadakı Landştul xəstəxanasına təxliyə ediliblər. Orada onlara müayinə və müalicə təyin edilib.

Bu məqamda bildirək ki, rəsmi Tehran zərbə nəticəsində 80 amerikalı hərbçinin öldüyünü açıqlamışdı. Lakin o zaman Pentaqon xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi.