İran ABŞ-a qarşı hərbi əməliyyatları dayandırdı

iran-abs-a-qarsi-herbi-emeliyyatlari-dayandirdi
Oxunma sayı: 6338

İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi Tehranın ABŞ-a qarşı yeni hərbi əməliyyatlar keçirib-keçirməyəcəyi barədə danışıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Onun sözlərinə görə, İranın bütün əməliyyatları İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı Qasım Süleymaninin öldürülməsinə proporsioanal idi və onlar yekunlaşıb.

Məcid Taxt-Ravançi 

“Əgər ABŞ daha İrana qarşı hərbi əməliyyatlar keçirməyəcəksə, biz də belə əməliyyatlara əl atmayacağıq”, - Taxt-Ravançi əlavə edib.