İran ABŞ-a vaxt qoydu

iran-abs-a-vaxt-qoydu
Oxunma sayı: 1365

İran ABŞ-a sanksiyaları aradan qaldırmaq üçün fevralın 21-dək vaxt verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyada olarkən həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Bu günə qədər ABŞ-ın yeni hökumətindən heç bir müsbət addım görmədiklərini ifadə edən Zərif “Məclis nüvə razılaşması və sanksiyalarla əlaqədar bəzi qərarlar verdi, hökumət olaraq bu qərarları yerinə yetirməliyik”,- deyə qeyd edib.