“İran ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırırdı” - Tramp

iran-abs-in-4-sefirliyine-hucum-planlasdirirdi
Oxunma sayı: 2251

General Qasım Süleymaniyə qarşı həyata keçirilən əməliyyat zamanı İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırırdı.

"Qafqazinfo" xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, İran həmin ərəfədə genişmiqyaslı hücum hazırlayırdı: "Ehtimallara görə, bu hücum ABŞ-ın 4 səfirliyini əhatə edəcəkdi".

Tramp bunlardan birinin ABŞ-ın Bağdaddakı səfirliyinin olduğunu açıqlasa da, digərləri barədə məlumat verməyib.