İranın “Iran Air” aviakompaniyası koronavirusun yayılması fonunda Avropaya uçuşları dayandırıb. “Qafqazinfo” bildirir ki, bu barədə kompaniyanın rəsmi saytında məlumat verilib.
“Aviakompaniyanın Avropa istiqamətinə olan bütün reysləri gələcək bildirişədək müvəqqəti dayandırılıb”, - məlumatda deyilir.
Bildirilib ki, reyslər Avropanın “bəlli olmayan səbəblər”ə görə tətbiq etdiyi məhdudiyyətlərə görə ləğv edilib.
Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.
Son xəbərlər
Son Xəbərlər