İran anbar tikir

iran-anbar-tikir
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bu barədə İranın təbii qaz ehtiyatı üzrə şirkətinin (Natural Gas Storage Company icraçı direktoru Məssud Samivand “Press TV” kanalına açıqlamasında deyib.

Anbar Nəsrabad bölgəsində duz mədənlərində yaradılacaq. Təxmini hesablamalara görə, anbar 3-4.5 milyard kub metr təbii qaz ehtiyatı saxlaya biləcək. Samivandanın sözlərinə görə, anbarın tikilməsi nəzərdə tutulan ərazidə geoloji araşdırmalar artıq aparılıb və tikinti işləri yaxın vaxtlarda aparılacaq.

İran hökumətinin planlarına əsasən, 2015-ci ilə qədər ölkə anbarları 14 mld. kub metrdən çox təbii qaz ehtiyatına malik olmalıdır.