İran İslam Respublikası Avropaya neft ixracını artırmaq niyyətindədir.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, fevralın sonlarında İran Avropaya karbohidrat məhsullarının ikinci hissəsini göndərəcək. Bu barədə ölkənin Neft Şirkətinin direktoru Roknoddin Cavadi bildirib.
“Biz cari ayın sonlarına kimi Avropaya neft ixracınınn ikinci hissəsini göndərəcəyik. Bu, sanksiyaların ləğvindən sonra ikinci ixrac olacaq. Hazırda birinci hissə yoldadır”, - deyə direktor söyləyib.
Qeyd edək ki, İran Avropaya neft tankerlərini fevralın 15-də göndərib.
Son xəbərlər
Son Xəbərlər