İran-Azərbaycan sərhədində səyyar hospitallar yaradıldı - Video

iran-azerbaycan-serhedinde-seyyar-hospitallar-yaradildi
Oxunma sayı: 2855

İran-Azərbaycan sərhədində Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etməkdir. 

FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, polkovnik Elçin Əligülov bildirib ki, çadırların quraşdırılmasında əsas məqsəd sərhəd-keçid məntəqəsindən keçən şəxslərin müayinəsidir:

“Biz burada ikinci mərhələ olan qəbul çeşidləmə məntəqəsi quraşdırmışıq. İşimizin mahiyyəti ondan ibarətdir ki, sərhad buraxılış məntəqəsindən keçən şəxslərin müayinəsi aparılsın. Şübhəli şəxslər müvafiq tibb məntəqələrinə göndəriləcək, virusun heç bir əlaməti olmayan, şikayəti olmayanlar şəxslərlə bağlı ayrıca qərar qəbul olunacaq və böyük ehtimal gündəlik həyatlarına davam edəcəklər. 

Çadırlara nəzər saldıqda görünür ki, əvvəlcə gələn şəxslər ilkin baxış otağına keçir, daha sonra qəbul olunan vətəndaşlar müayinə otağına daxil olur. Müayinə zamanı virusun hər hansı əlaməti olarsa, həmin şəxslər təcili yardım maşını gələnə kimi müvəqqəti olaraq izolyasiya çadırlarına yerləşdiriləcək. 

Çadırlar dünəndən etibarən qurulub və vətəndaşların qəbuluna, demək olar ki, hazırıq. Bir azdan dezinfeksiya işləri aparılacaq. 

Onu da qeyd etmək istəyirəm ki, kiminsə yoluxması ilə bağlı məlumat yoxdur. Biz sadəcə sərhəd-keçid məntəqəsindən istifadə edən şəxsləri yoxlayacağıq”.

Real TV-nin həmin ərazidən canlı yayımını təqdim edirik: