İranın Bakıdakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı səfirlik öz rəsmi tviter hesabında yazıb.
“İranın Azərbaycandakı səfirliyi Xocalıda günahsız dinc əhalinin qətlə yetirilməsinin 30-cu ildönümünü anır və Azərbaycan hökumətinə, xalqına və faciədən sağ çıxanlara başsağlığı verir”, - deyə paylaşımda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər