İran ballistik raket sınağı keçirib - Nazir təsdiqlədi

iran-ballistik-raket-sinagi-kecirib
Oxunma sayı: 1092

İranın Müdafiə naziri Hüseyn Deqhan ölkənin ballistik raket sınağı həyata keçirdiyini təsdiqləyib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir onu da əlavə edib ki, raket sınağı nüvə proqramı haqda beynəlxalq alyansla olan razılaşmanı, həmçinin BMT-nin qətnaməsini pozmur:

“Bu yaxınlarda plana uyğun olaraq sınaq keçirilib və biz əcnəbilərə Müdafiə Nazirliyinin işlərinə qarışmasına imkan verə bilmərik”.

Qeyd edək ki, daha əvvəl İran XİN rəhbəri raket sınağı ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, İram ballistik raket sınağını yanvarın 29-da keçirib.