İran BMT-də sanksiyaların ləğvini istədi

iran-bmt-de-sanksiyalarin-legvini-istedi
Oxunma sayı: 1041

Tehran hesab edir ki, nüvə sazişi üzrə danışıqlar prosesi İranın üzərindəki sanksiyaların ləğvinə gətirib çıxaracaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

“İran danışıqların faydalı bir vasitə olduğuna inanır və nəticədə bütün sanksiyaların ləğvinə səbəb olacağına ümid edir. Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur”, - deyə Rəisi bildirib.